Xidmətlər

Bizim xidmətlər

Şirkətimiz yarandığı gündən müştərilərimizə yüksək keyfiyyətli məhsullar və xidmət göstərərək, davamlı və səmimi tərəfdaşlıqlar qurmağı bacarmışdır.Bizim müştərilərimiz artıq bizim dostlarımızdır.

Yol infrastrukturu

Yolların infrastrukturunun inkişafı XX əsrin 30-cu illərindən etibarən meydana gəldi və hələdə prioritet məsələ olaraq inkişaf edir. Nəqliyyat şəbəkəsinin inkişafı, yolların dizaynı və inşasında nəqliyyatın maya dəyərinin azaldılmasına və yol təhlükəsizliyinin artırılmasına yönəlmiş ciddi araşdırmalar aparılır. Hal-hazırda bütün ölkələrdə və hökumət səviyyələrində nəqliyyat infrastrukturunun vacib elementlərindən biri olan yol infrastrukturuna böyük diqqət yetirilir.

«Azər-Türk Group» MMC olaraq yolların nişanlanması, rənglənməsi, təhlükəsizlik bariyerlərinin, modern işıqforların, işıq dirəklərinin quraşdırılması və yollar üçün lazım olan bütün avadanlıqlarla təmin edilməsi, quraşdırılması və texniki qulluğun aparılmasını öz üzərimizə götürmüşük və bunu böyük məsuliyyət və qürurla Azərbaycan və digər ölkə yollarında aparırıq.


Parking sistemləri

Şirkətimiz dünyanın ən qabaqcıl texnologiyaları ilə işləyən parking sistemlərini ticarət mərkəzlərinin, rezidenslərin, ofislərin, xəstəxanaların və s. qarşısında və ya qarajlarında quraşdırır. Qurduğumuz sistemlər avtomobillərin nömrələrin tanıyır və ödəniş etdikdən sonra bileti oxuyucu aparata yaxınlaşdırmağa ehtiyac qalmadan bariyer özü avtomatik olaraq açılır. Bu və bunun kimi sistemlər parking idarəçiliyinin səmərəliliyini xeyli dərəcədə artırır, nəqliyyat vasitələrinin təhlükəsizliyini gücləndirir, işçi qüvvəsini və maya dəyərini azaldır və saxtakarlığın qarşısını almaqla yanaşı parking meneceri üçün mənfəət və gəlir əldə edilə bilinir.


Havalandırma sistemləri

Ticarət mərkəzləri, otellər, restoranlar üçün havalandırma sistemlərini quraşdırırıq və onların lazımı texniki qulluğunu aparırıq. Quraşdırdığımız havalandırma sistemlərinin texniki xüsusiyyətləri beynəlxalq standartların normalarına tam cavab verir. Havalandırma sistemlərinin mühüm əhəmiyyətli olmasının səbəbi odur ki, bu sistemlərin yoxluğu nəticəsində qapalı yerlərdə karbon qazının və digər zərərli qazlar artır. Bu isə insanların səhhətinə mənfi təsir edir. Havalandırma sistemləri qapalı obyektlərdə zərərli maddələrin aradan qaldırılması və eləcə də oraya təmiz havanın vurulması üçün nəzərdə tutulmuşdur. Əlavə olaraq havalandırma sistemləri daxil olan havanın təmizlənməsini və isidilməsini təmin edir.İnsanların daha zəruri qəbul etdikləri kondisionerlərdən fərqli olaraq havalandırma sistemlərini istənilən layihəli binalara quraşdırmaq mümkündür.


Parkların salınması

Günümüzdə parklar yalnız tikiləcək olan sahəni bəzəmək və şəhər mühitinə gözəl bir görünüş vermək üçün deyil, həm də insanların istirahəti üçün lazımdır. Müasir bir şəhəri parksız, meşəsiz və meydansız təsəvvür etmək çətindir. Onların əsas struktur bölməsi yaşıl sahələr, uşaqların və böyüklərin aktiv istirahəti üçün idman alətləri və oyun zonalarıdır. Mühəndislərimiz, texnoloqlarımız və memarlarımız şəhərləri bəzəmək üçün orijinal layihələr hazırlamaq üçün hər cür səylərini göstərirlər. Parklarda abadlıq-quruculuq işlərinin aparılması, uşaq oyun meydançası və böyüklər üçün idman meydançalarının salınması, fəvvarələrin və süni şəlalərin tikilməsi və bunların hamısını yerinə yetirərkən şəhərin ümumi dizaynına xələl gətirməmək əsas iş prinsipimizdir.


Axar və durğun sularınkanalizasiyaların təmizlənməsi 

Dünya üzərindəki suların 97,5%-ni duzlu suyun, 2,5%-i isə şirin suların payına düşür. Şirin suyun isə yalnız 0,3%-i rahatlıqla əlçatan çaylarda, göllərdə və su anbarlarında yerləşir. Su qıtlığı problemi bütün qitələri əhatə edir. 2015-ci ildə Dünya İqtisadi Forumu növbəti onillikdə su qıtlığını ən böyük qlobal risk kimi qiymətləndirdi. Dünya əhalisinin üçdə ikisi (4 milyard nəfər) ildə ən azı bir ay müddətində ciddi su qıtlığı şəraitində yaşamalı olur. Yarım milyard insan isə il boyu ciddi su qıtlığından əziyyət çəkir. Dünyanın böyük şəhərlərinin yarısında su qıtlığı problemi vardır.

Şirkətimiz tərəfindən tikilən hər bir suların təmizlənməsi müəssisələrində ilk öncə suyun kirlilik analizləri, ağır metal analizləri və Jar testləri aparılır. Laboratoriya cavablarının nəticəsinə görə ən məqbul təmizlənmə prosesləri müəyyənləşdirilir və buna uyğun sistem layihələndirilir. Çirkli suların texniki sulara və şirin sulara çevirilməsi prosesi ən müvafiq üsullarla aparılır.


Xəstəxana avadanlıqları və məhsulları

«Azər-Türk Group» MMC olaraq ilk növbədə insanların sağlamlığını və təhlükəsizliyini fikirləşirik. Bu səbəbdən dünyanın ən qabaqcıl, keyfiyyətli və standartlara cavab verən, brend markaların xəstəxana avadanlıqlarını və məhsullarını ölkəmizə gətirib insanlarımızın istifadəsinə veririk.


Mobil Evlər

Səhər çöldən gələn dalğaların və ya quşların sədaları altında oyanmaq. İlk addımınız yerə basmaq və təbiətlə harmoniya içində yaşamaqdır.

-Az öncə böyük şəhərlərdə yaşayan demək olar ki, hər kəsin xəyallarını dinlədiniz. Öz əllərimizlə yaratdığımız böyük şəhərlərdə hər gün beton, polad və şüşə kimi süni materiallarda boğuluruq və bu tendensiyanı geri qaytarmaq çox çətin görünür. Artan bir tendensiya, bu vəziyyəti bizdən illər əvvəl yaşamış ABŞ və İngiltərə kimi ölkələrdə diqqəti çəkir: Kiçik Ev Hərəkatı. Təkərli evlər 2000-ci illərin əvvəllərində əfsanələr Jay Shafer və Dee Williams tərəfindən populyarlaşdı.

Əsasən 4 ilə 8 metr arasında dəyişən bu təkərli evlərin ən böyük xüsusiyyəti əlbəttə ki, səyyar olmalarıdır. Bu şəkildə, növbəti ili tək bir yerə bağlı olmadan öz evinizdə olduğu kimi rahat istirahəti sevimli bir bölgədə keçirmək xəyal deyil. Təkərli evlərdə mətbəx, tualet və yataq evinizdə istifadə etdiyiniz keyfiyyət və çəkiyə bərabərdir. Üstəlik, istəsəniz, kiçik evinizdə kondisioner, qabyuyan və soba kimi rahatlıq elementləri də ola bilər. Təbiətin qəlbində olsam da rahatlığından güzəştə gedə bilməyəcəklərini söyləyənlər üçün ideal seçimdir.



Sektorda ən üstün xidməti təqdim edirik​

Azerbaijani AZ English EN Russian RU