Haqqımızda

Tariximiz

                     

    Şirkətimiz 2008-ci ildə ilk dəfə olaraq “Kübra Sinyalizasyon” adı altında Azərbaycanda yol nişanlarının satışını həyata keçirən ilk şirkət olmuşdur və nəticədə Azərbaycanda yol nişanlarının satış bazarını formalaşdırmışdır. Bu bazara müxtəlif növ sadə, günəş enerjisi ilə işləyən yol nişanları, müxtəlif növ ağıllı və sadə işıqforlar, yol butonları, bollardlar, şlaqbaumlar və s. məhsullar daxil edərək, Azərbaycanı yolların infrastrukturu sahəsində dünya standartları ilə ayaqlaşmağa keçiddə əsas rolu oynamışdır. Daha sonra şirkətimiz “Azər-Türk AŞ” , «Yol Bina Tikinti” MMC adı altında fəaliyyətini davam etdirmiş 2014-cü ildən “Azər Türk AŞ” MMC, 2019-cu ildən isə “Azər Türk  Group” MMC olaraq fəaliyyətini davam etdirir. Şirkətimiz yolların infrastrukurunun təkmilləşdirilməsi sahəsində Azərbaycanın ən qabaqcıl şirkətidir və dünya standartlarına cavab verən məhsulların satışını təmin edir. Bu gün sadəcə Azərbaycana deyil eyni zamanda Türkiyəyə, Ukraynaya,  Qazaxıstana, Küveytə və s. ölkələrə məhsul ixrac edən “Azər Türk Group” MMC özəl sektorda şirkətlərin təhlükəsizlik üçün ehtiyac duyduqları bir çox məhsulları dünyanın ən qabaqcıl zavod və şirkətlərindən alaraq Azərbaycana çatdırır.

Azerbaijani AZ English EN Russian RU